“Azərpoçt”un bütün poçt şöbələri adi iş rejiminə keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərpoçt”un bütün poçt şöbələri adi iş rejiminə keçib

16:23 - 14 / 04 / 2020
“Azərpoçt”un bütün poçt şöbələri adi iş rejiminə keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin bütün poçt şöbələrinin fəaliyyəti (10, 14 və 114 saylı poçt şöbələri istisna olmaqla) adi iş rejiminə uyğun olaraq bərpa edilib.

MMC-dən bildirilib ki, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi və operativliyin təmin olunmasıdır. Bakıda və regionlarda yerləşən poçt şöbələri ilə yanaşı, “Şəbəkə” xidmət mərkəzləri də bazar günü daxil olmaqla hər gün saat 09:00-dan 17:00-dək vətəndaşlara xidmət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgər göndərişlərinin, pul köçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir. Eyni zamanda, koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün bir sıra sosial layihələrin icrası həyata keçirilir.

1news.az

Paylaş:
721

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər