Türkiyədə partiya sədri koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə partiya sədri koronavirusdan vəfat edib

11:47 - 14 / 04 / 2020
Türkiyədə partiya sədri koronavirusdan vəfat edib

Türkiyədə Müstəqil Türkiyə Partiyasının (BTP) sədri Haydar Baş koronavirusdan vəfat edib.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun ailəsinin 8 üzvündə də testin nəticələri pozitiv çıxıb. 

Dörd gün xəstəxanada müalicə alan 73 yaşlı H. Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, H. Baş vəfat edib.

Qafar Ağayev

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər