Tramp ÜST-ə ayrılan 400 milyon dollarlıq yardımın verilməsini dayandırdı
ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı etməkdən imtina edib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tramp ÜST-ə yardım üçün nəzərdə tutulan illik 500 milyon dolların ödənişini dayandırıb.
Tramp çıxışı zamanı bildirib ki, koronavirusun bütün dünyaya yayılmasına görə ÜST məsuliyyət daşıyır.
"İllər sonra əsas vəzifəsini yerinə yetirə bilməyən ÜST məsuliyyət daşımalıdır", - Tramp söyləyib.
Bu təşkilatın Çin üçün işlədiyini iddia edən Tramp ÜST-ün koronavirusla bağlı məlumatları örtbasdır etdiyini də dilə gətirib.
Tramp bildirib ki, ABŞ hər il Ümumdünya Səhiyyə Təşkilatına 500 milyon dollar maliyyə yardımı ayırsa da, Çin cəmi 40 milyon dollar ayırır.
1news.az
642