Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlandı | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlandı

22:13 - 15 / 04 / 2020
Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlandı

Gürcüstanın dörd böyük şəhərinə – Tbilisi, Rustavi, Batumi və Kutaisi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 10 gün müddətinə giriş-çıxış bağlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün saat 21:00-dan etibarən şəhərlərə giriş-çıxış tam qadağan olunub.

Şəhərlərdə istənilən növ nəqliyyat növünün hərəkəti məhdudlaşdırılıb. Qadağalar ölkədaxili və beynəlxalq yük daşımalarına şamil olunmur.

S.Xankişiyeva

 

 

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər