Dövlət Neft Fondunun 2020-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərcləri açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondunun 2020-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərcləri açıqlanıb

19:12 - 16 / 04 / 2020
Dövlət Neft Fondunun 2020-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərcləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 772,1 milyon manat təşkil edib.

ARDNF-dən 1news.az-a bildirilib ki, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 997,9 milyon manat təşkil edib ki, bu gəlirlər də fyuçers müqaviləsi şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından formalaşıb. Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 59 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 4,9 milyon manat, akrhesabı ödənişlər 1,5 milyon manat təşkil edib.

Cari ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə xərcləri 4 697,8 milyon manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrası təmin edilib. Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, bunun müqabilində 4 712,1 milyon manat vəsait satın alınıb. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1 793,5 milyon manat vəsait transfer edilib. Eyni zamanda 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil edib.

Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 2 148,6 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar xərci kimi 281,1 milyon manat təşkil edib.

Məlum olduğu kimi koronavirus pandemiyası cari ilin ilk rübü ərzində dünya iqtisadiyyatı üçün olduqca ciddi təhdidlər yaradıb. Belə ki, bütün dünya ölkələri üzrə tələb/təklifdə olduqca ciddi geriləmələr müşahidə olunur, işsizliyin səviyyəsi artır, nüfuzlu beynəlxalq maliyyə qurumları ilin sonu üçün ümumdünya iqtisadi artımında ciddi yavaşlamanın olacağını proqnozlaşdırırlar. Nəticə etibarilə qeyd edilənlərin təzahürü olaraq beynəlxalq maliyyə bazarlarında, o cümlədən inkişaf etmiş ölkələrin fond birjalarında ciddi dalğalanmalar müşahidə olunur. Bu müddət ərzində dünya səhm indekslərinin dəyərində təxminən 20%-25%-lik enmə müşahidə olunub ki, vəsaitlərinin aktivlər üzrə bölgüsündə səhm investisiyalarının əhəmiyyətli hissəni təşkil etdiyi bir çox analoji suveren fondlar üçün də bu təqribən mənfi 14%-16%-lik gəlirliliyə səbəb olub. Bütün bunlar təbii ki, ARDNF-nin investisiya portfelinə də təsirsiz ötüşməyib. Daha əvvəl də qeyd etdiyimiz kimi ARDNF-nin investisiya portfelinin 80%-dən çoxunun yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarət olması mümkün təsirləri ciddi şəkildə azaltmağa imkan yaradıb.

Beləliklə vaxtından əvvəl transfert ödənişləri, habelə ARDNF-nin investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişkənlik nəzərə alınaraq 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 349,5 milyon ABŞ dollarına bərabər olub.

S.Xankişiyeva

 

Paylaş:
664

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər