Gürcüstanda fövqəladə vəziyyət uzadıldı: 1 ay | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda fövqəladə vəziyyət uzadıldı: 1 ay

18:43 - 21 / 04 / 2020
Gürcüstanda fövqəladə vəziyyət uzadıldı: 1 ay

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılıb. Bunu baş nazirin müşaviri, mətbuat katibi İrakli Çikovani deyib.

O bildirib ki, aprelin 27-dən başlayaraq bəzi məhdudiyyətlər, hərəkət məhdudiyyəti aradan qaldırılacaq.

Qeyd edək ki,Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadılmışdı. Ölkədə bu günədək 408 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb.

S.Xankişiyeva

 

Paylaş:
654

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər