Tramp 1915-ci il hadisələri ilə bağlı bəyanatında yenə “soyqırım” sözünü işlətməyib | 1news.az | Xəbərlər
Dünya

Tramp 1915-ci il hadisələri ilə bağlı bəyanatında yenə “soyqırım” sözünü işlətməyib

17:50 - 24 / 04 / 2020
Tramp 1915-ci il hadisələri ilə bağlı bəyanatında yenə “soyqırım” sözünü işlətməyib

ABŞ Prezidenti Donald Tramp Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlətməyib.

Trend bu barədə Ağ Evin saytına istinadən məlumat verir.

D.Tramp ənənəvi müraciətində yenidən “Mets Yeqern” (“böyük faciə”) ifadəsini işlədib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

S.Xankişiyeva

 

 

Paylaş:
689

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər