Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək

12:00 - 24 / 04 / 2020
Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək

Böyük audit-konsaltinq şirkətlərindən olan “EY Azərbaycan”ın Azərbaycan Beynəlxalq Bankı və  BP-Azərbaycan şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirdiyi “EY İlin İş Adamı™” müsabiqə-proqramına qəbul başa çatıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də strateji tərəfdaşlıq dəstəyi göstərdiyi proqrama onlarla kiçik və orta sahibkar müraciət edib.

Müvafiq meyarlara uyğun seçim prosedurundan sonra 12  iddiaçı finalda qalib olmaq uğrunda yarışacaq. Onların hər biri fərqli sahələr üzrə fəaliyyət göstərən iş adamlarıdır. Azərbaycanda “EY İlin İş Adamı™” adını qazanmaq üçün yarışan iş adamları sırasında dəmir məmulatları, boru, şüşə, mebel, kənd təsərrüfatı məhsulları istehsalı, tikinti, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə çalışan sahibkarlar var.

Qeyd edək ki, “EY İlin İş Adamı™” müsabiqəsinin məqsədi öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən sahibkarların nailiyyətlərini tanıtmaqdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib. Hazırda 60-dan çox ölkədə, 145 şəhərdə hər il mütəmadi keçirilir. “EY İlin İş Adamı™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır.

Azərbaycanda bu müsabiqəyə ilk dəfə qatılan finalçı sahibkarların biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək.  25 aprel 2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq onlayn qaydada baş tutacaq tədbirdə qalib elan olunacaq. Final mərhələsinin qalibi olan sahibkar “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı belə bir proqramın ölkəmizdə təşkilinə kömək göstərməklə yerli sahibkarların nailiyyətlərinin dəstəklənməsinə, motivasiyasına, onların bir araya gətirilməsinə və sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına çalışır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
640

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər