Mikayıl Cabbarov: Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi göstərilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi göstərilib

17:23 - 25 / 04 / 2020
Mikayıl Cabbarov: Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi göstərilib

Koronavirusdan zərər çəkən sahibkarları üçün vergi güzəştləri, sosial sığıorta ödənişləri sahəsində olan paket Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilir. Növbəti günlər ərzində onun qəbulu gözlənilir.

1news.az-ın verdiyi xəbərə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Koronavrusla mübarizə üçün ianələr verən sahibkarlara təşəkkür edən nazir əlavə edib ki, ölkəmizdə koronavirusla mübarizə sahəsində vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilib:

“Çox ümid etmək istəyirəm ki, karantin qaydalarının yumlaşdılması davamlı olacaq. Başlıca mesajimız ondan ibarətdir ki, yeni iqtisadi həyat tərzinə öyrəşməliyik. Bunun əsas səbəbi odur ki, bu gün mövcud olan elmi məlumata görə, pandemiyanın müddətini proqnozlaşdırmaq mümkün deyil. Onun nə zamana qədər uzanacağı insanların qaydalara nə dərəcədə əməl etməsindən asılıdır. Sahibkarların biznesinin nə dərəcədə uğurlu olması da onnların yeni qaydaları necə tətbiq etməsindən asılıdır”.

M.Cabbarov əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən sahibkarlara əhəmiyyətli dövlət dəstəyi təmin edilib:

“Bütün addımlar atıldı ki, iqtisadiyyatın strukturu qorunsun, məşğulluğun azalmasına yol verilməsin, Azərbaycan iqtisadiyatı öz rəqabətliyini qoruya bilsin”.

S.Xankişiyeva

 

 

Paylaş:
735

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər