Bu banklarda bütün səlahiyyətlər müvəqqəti inzibatçılara verildi - RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu banklarda bütün səlahiyyətlər müvəqqəti inzibatçılara verildi - RƏSMİ

1news Redaksiyası13:58 - 27 / 04 / 2020
Bu banklarda bütün səlahiyyətlər müvəqqəti inzibatçılara verildi - RƏSMİ

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunublar.

Mərkəzi Bankdan 1news.az-a bildiriblər ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.

1news.az

Paylaş:
1110

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər