Koronavirus böhranından qazanclı çıxan 3 ölkə
Koronavirusla mübarizədə qalib gələn və iqtisadiyyatları aktivləşən Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın valyutalarının dəyərində artım müşahidə edilib.
1news.az oxu.az-a istinadən xəbər verir ki, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın COVID-19 pandemiyasına tab gətirməsi onlara iqtisadiyyatlarını bərpa etməyə və bizneslərinə yenidən başlamağa imkan verib.
Bunun investorlar üçün daha əlverişli olması pul vahidlərinə təsir edib. Bu üç ölkənin iqtisadiyyatının bərpasında əsas ticarət tərəfdaşlarından biri olan Çinin məhdudiyyətləri aradan qaldırması da mühüm rol oynayıb.
Qeyd edək ki, koronavirusa yoluxma halı Avstraliyada 6738, Yeni Zelandiyada 1474 və Cənubi Koreyada 10 761 nəfərdə müşahidə edilib.
1news.az