Rusiyanın Baş naziri koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Baş naziri koronavirusa yoluxub

21:32 - 30 / 04 / 2020
Rusiyanın Baş naziri koronavirusa yoluxub

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

TASS-ın verdiyi xəbərə görö, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib.

“İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib”.

O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb:

"Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm".

Prezident hökumət başçısına tezliklə sağalmasını arzuladı. “Ən qısa zamanda sağalmağınızı arzulayıram”, - deyə Putin videobağlantı vasitəsilə Baş nazirə müraciət etdi.

Müraciət "Rossiya-24" telekanalının efirində nümayiş etdirilib.

S.Xankişiyeva

 

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər