Türkiyədə koronavirusa bağlı son STATİSTİKA | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə koronavirusa bağlı son STATİSTİKA

23:00 - 30 / 04 / 2020
Türkiyədə koronavirusa bağlı son STATİSTİKA

Türkiyədə son sutkada daha 93 nəfər pandemiyanın qurbanı olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 174 nəfərə çatıb.

Nazir həmçinin daha 2 615 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 120 204-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 48 886 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər