Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub

21:17 - 06 / 05 / 2020
Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub

Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

“Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb”.

Nazir həmçinin daha 2 253 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 131 744-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 78 202 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
670

Son xəbərlər

Bütün xəbərlər