“Dünyanın ən yaşıl şəhəri” seçildi | 1news.az | Xəbərlər
Dünya

“Dünyanın ən yaşıl şəhəri” seçildi

17:50 - 08 / 05 / 2020
“Dünyanın ən yaşıl şəhəri” seçildi

Avstriyanın paytaxtı Vyana şəhəri 2020-ci il üzrə "Dünyanın ən yaşıl on şəhəri" renkinqində birinci yerə layiq görülüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, renkinq Kanada-amerikan konsaltinq şirkəti "Resonance" tərəfindən hazırlanıb. Renkinqdə dünyanın 100-dən artıq şəhərində park və ictimai yaşıllıqların şəhərin ümumi sahəsində pay nisbəti, bərpa olunan enerji mənbələrindən istifadə, havanın təmizliyi, piyadalar üçün yollar, ictimai nəqliyyat və eləcə də regional məhsulların təqdim olunduğu bazarlarla bağlı vəziyyət araşdırılıb.

"Dünya günü"nün 50 illik yubileyi münasibətilə tərtib olunan siyahıda Vyanadan sonrakı yerlərdə Münxen, Berlin və Madrid şəhərləri dayanır. İlk onluğu San Paulu (Braziliya), Mançester (Böyük Britaniya), Lissabon (Portuqaliya), Sinqapur, Amsterdam (Niderland Krallığı) və Vaşinqton (ABŞ) şəhərləri tamamlayır.

Vyana şəhərinin qalib gəlməsində əsas faktorlar arasında bu şəhərdə tətbiq olunan müasir mobillik ideyaları və ictimai parkların çoxluğu ön planda dayanıb. Vyananın üstünlükləri arasında Dunay Subasarı Milli Parkının bir hissəsinin şəhər ərazisinə də düşməsi olub. Şəhərin Vyana meşələrinin əhatəsində olması da hər metropolda rast gəlinməyən hal kimi dəyərləndirilib.

Vyana Şəhər Meriyasının məlumatına görə, şəhər ərazisinin 53 faizi "yaşıl zona"dan (ictimai və özəl parklar, meşə və çəmənliklər) ibarətdir.

1news.az

Paylaş:
997

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər