Şəklini çəkmək istədiyi timsaha yem oldu - FOTO
ABŞ-da yaşayan Cynthia Kovert adlı qadın göldəki timsaha toxunmaq istəyərkən faciəvi şəkildə həyatını itirib.
1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, 58 yaşlı Cynthia Kovert ABŞ-ın Cənubi Karolina əyalətində yaşayan rəfiqəsinin evinə qonaq gedib. O rəfiqəsinin evindən görünən göldəki timsahlara yaxından baxmaq üçün su kənarına üz tutub. Kovert timsaha yaxınlaşıb ona toxunmaq istəyərkən rəfiqəsi ona bu addımı atmaması üçün xəbərdarlıq edib.
Lakin o ''Mən ki maral deyiləm, timsahlar mənə hücum edib parçalasın'' ifadəsini işlədərək timsahın fotosunu çəkib. Elə bu an timsahlardan biri qadının ayağından dişləyərək onu gölün içinə çəkib. Yaxınlıqdakı polislər gölə ip atıb qadını xilas etmək istəsələr də, timsah tərs fırlanaraq Koverti parçalayıb. Polis qadının boğulmuş meyitini sudan çıxarmaq üçün timsaha bir neçə dəfə odlu silahdan atəş açıb.
1news.az