Sahibkarlar Azərbaycan Beynəlxalq Bankına gəlmədən məsafədən hesab aça bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar Azərbaycan Beynəlxalq Bankına gəlmədən məsafədən hesab aça bilər

10:30 - 12 / 05 / 2020
Sahibkarlar Azərbaycan Beynəlxalq Bankına gəlmədən məsafədən hesab aça bilər

Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb.

Azərbaycan Beynəlxalq Bankında distant bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “ASAN İmza”ya sahib olmalıdır.

Belə ki, müştəri “ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir.

Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.

Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli məsafədən  hesab açmağın hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni bir imkan olduğunu qeyd edib: “Daha hesab açmaqdan ötrü, evdən, iş yerindən kənarlaşıb banka gəlməyə ehtiyac yoxdur. Bunu internet üzərindən həyata keçirmək olar. Məsafədən bank hesabı açmaq müştərilərimizin işini asanlaşdırır,onların vaxtına qənaət edir. Müştərilərimiz məsafədən hesab açıb İnternet Bank xidmətinə qoşula və bu xidmətin üstünlüklərindən faydalana bilərlər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
1008

Son xəbərlər

Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29
Bütün xəbərlər