Bu ölkədə futbol çempionatı 23 mayda bərpa olunacaq
Koronavirus infeksiyasının pandemiyası səbəbindən dayandırılan futbol üzrə Çexiya çempionatı may ayının 23-də bərpa olunur.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə turnirin mətbuat xidməti xəbər verib.
Çempionat 23-ü turdan sonra dayandırılıb. Oyunların bərpasına dair qərar komanda nümayəndələrinin səsverməsi ilə qəbul edilib. Əsas diviziondakı 16 komandadan 13-ü çempionatın bərpa olunmasının lehinə səs verib.
Matçların keçirilmə tarixlərinin yaxın günlərdə dərc ediləcəyi bildirilir. Turnir cədvəlində 58 xalla "Slaviya"komandası liderdir. İkinci yerdə 50 xalla "Viktoriya" uçüncu yerdə isə 40 xalla "Yablones" komandaları qərarlaşıb.
1news.az
826