AZAL 197 soydaşımızı Kiyevdən Vətənə gətirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL 197 soydaşımızı Kiyevdən Vətənə gətirib – FOTO

21:39 - 14 / 05 / 2020
AZAL 197 soydaşımızı Kiyevdən Vətənə gətirib – FOTO

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may  tarixində Kiyevdən  Bakıya çarter reysi yerinə yetirilib.  

Həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb. 

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən,  Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri  AZAL tərəfindən  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
1086

Son xəbərlər

Bütün xəbərlər