“Made in Azerbaijan” brendli məhsullarımız Polşadakı “Carrefour” marketlərində satılır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Made in Azerbaijan” brendli məhsullarımız Polşadakı “Carrefour” marketlərində satılır – FOTO

21:24 - 15 / 05 / 2020
“Made in Azerbaijan” brendli məhsullarımız Polşadakı “Carrefour” marketlərində satılır – FOTO

Ölkəmizin qeyri-neft sektoru ixracının artırılması və Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə daha çox tanıdılması, yeni ixrac bazarlarına çıxarılması və satışının təşkili istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq, Polşanın Varşava şəhərindəki 3 “Carrefour” supermarketində və Kielçe şəhərindəki “Carrefour” supermarketində “Made in Azerbaijan” stendləri yerləşdirilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a bildirilib ki, “Made in Azerbaijan” stendlərində Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay təqdim olunur. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb. Bəzi məhsullarımız marketlərin rəflərində də yerləşdirilib.

Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsullarımızın satış göstəricilərindən asılı olaraq, müddət artırıla bilər.

Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfə təşkil olunur. “Made in Azerbaijan” stendlərindəki “Azersun Holding”, “Azgranata”, “Astaraçay”, “Aspi Agro”, “Marandi”, “Şərq ulduzu” MMC-lərin, “Abşeron Şərab” və “Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə təqdim edilib.

Avropa ölkələrində COVID-19 pandemiyasının yayıldığı və karantin tədbirlərinin tətbiq olunduğu dövrdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsulları ixracının artırılması və ixrac bazarlarının şaxələndirilməsinə xidmət edir.

Məlumat üçün bildirək ki, Fransanın “Carrefour S.A.” şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.

S.Xankişiyeva

 

Paylaş:
1376

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər