Məşhur brendlərin inanılmaz marketinq hiylələri | 1news.az | Xəbərlər
İqtisadiyyat

Məşhur brendlərin inanılmaz marketinq hiylələri

19:58 - 16 / 05 / 2020
Məşhur brendlərin inanılmaz marketinq hiylələri

İstehlak tələbi artdıqca firmalar  arasında rəqabət artır. Dünyanın məşhur firmaları satışlarını artırmaq üçün hər gün yeni üsullar sınayırlar.

1news.az markzone.az-a istinadla brendlərin inanılmaz marketinq hiylələrini təqdim edir:

1-Musiqi
Musiqi hamının bildiyi şeylərdən biridir. Xüsusilə geyim mağazalarında həmişə canlı və sürətli musiqi çalınır. Bunun səbəbi "Bəyən, al, çıx!" məntiqidir, yəni ehtiyacınız olanı bəyənin, alın və çıxın. Bu vəziyyət müəyyən bir müddətdən sonra çaxnaşma yaratdığından ehtiyacınız olmayan məhsulları da əldə edəcəksiniz.

2-Mağaza qapılarının həmişə açıq olması
Mağazanın qapılarınının açıq olması şüuraltında "Qapımız sizə sona qədər açıqdır, həmişə gözləyirik!" düşüncəsini yaradır. Adətən gündəlik tələbat məhsulları satan mağazalar bu strategiya ilə hərəkət edir.

3- Zamanı unutdurmaq
Pəncərəsi və saatı olan bir ticarət mərkəzi heç görmüsünüzmü? Ticarət mərkəzlərində tətbiq olunan bu strategiyanı həyata keçirən bir çox firmalar var. Bəs bunu niyə edirlər? Müştəriyə vaxt anlayışını tamamilə unutdurmaq, onun alış-verişi dayandırmağının, "Artiq gecdir, evə getmək vaxtıdır" kimi düşünməyinin qarşısını almaq üçün  istifadə  olunan strategiyalardan biridir.

4- Tək qiymət
Marketinq hiylələri arasında ən çox rast gəlininən metoddur. Diqqətlə baxsanız, çox məhsulun qiyməti bir rəqəmlə bitir. Tutaq ki, məhsulun qiyməti 200 AZN əvəzinə 199.99 AZN-dir. Bunun səbəbi insanların bu rəqəmi 200 AZN deyil , 100 AZN olaraq yuvarlaqlaşdırmasıdır. Yəni firmalar müştərilərinin daha az pul xərclədiklərini düşünməsini istəyirlər ki, daha çox məhsul istehlak etsinlər. Bu mövzunu ətraflı şəkildə ələ aldığımız yazımıza buradan keçid edə bilərsiniz.

5- Yoxluq psixologiyası
Bir firmanın məhsuluna üstünlük verilmirsə, firmalar dərhal insanlarda yoxluq psixologiyasını tətbiq edirlər. Bəs yoxluq psixologiyası nədir? Sizi "bitdi", "sonuncudu", "yalnız ilk dəfə bu qiymətə" və s. bu kimi  sloqanlarla alış-verişə cəlb edib satılmayan məhsulları satmağa çalışırlar.

6- Hədiyyə kartları
Hədiyyə kartları  firmanın sizə təqdim etdiyi ayrıcalıqla yanaşı, eyni zamanda daha çox pul xərcləməyinizə səbəb olur. Hədiyyə kartından istifadə etmək istədiyiniz zaman sizə minumum bir limit olduğunu deyir və siz də bu karta sahib olmaq üçün 10 AZN, 20 AZN  və s. daha çox  pul xərcləyəcəksiniz. Çox yüksək olmayan bu məbləğlər yığıldıqda çox qazanc gətirir.

7- Birini alana biri hədiyyə
Bazarlarda üstünlük verilən bir strategiyadır. "Hədiyyə" sözü sanki aldığınız bütün məhsullara pul xərcləməməsiniz kimi düşünməyinizə səbəb olur.

1news.az

Paylaş:
994

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər