Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb

13:26 - 16 / 05 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 4 516 360 nəfərə çatıb.

1news.az Trend-ə istinadən bildirir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Ölüm hallarının ən çox sayı - təxminən 86,9 mini ABŞ-da, 34 mini - Böyük Britaniyada, 31,6 mini - İtaliyada və 27,5 mini Fransada qeydə alınıb. Bu günə qədər koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 306 051 nəfərə yüksəlib.

1news.az

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər