“Dota 2” üzrə Azərbaycan millisi CAR yığmasına qalib gəlib | 1news.az | Xəbərlər
İdman

“Dota 2” üzrə Azərbaycan millisi CAR yığmasına qalib gəlib

15:21 - 17 / 05 / 2020
“Dota 2” üzrə Azərbaycan millisi CAR yığmasına qalib gəlib

Ölkəmizdə kiber idmanın inkişaf etməsi istiqamətində həm Azərbaycan Kiber İdman Federasiyası, həm də “Gaming League Azerbaijan”ın birgə lahiyələri davam etdirilir.

1news.az-ın məlumatına görə, növbəti addım gənclər tərəfindən böyük maraq göstərilən oyunlardan biri, “Dota 2” istiqamətində olub.

1998-ci ildə əsası qoyulan və 2005-ci ildən ümumdünya kiber idman oyunlarına qatılan “Mind Sports South Africa” təşkilatı ilə birgə ölkələrin milli komandaları arasında göstəri matçı təşkil olunub. Cənubi Afrika Respublikasının milli komandası üzərində 2-0 hesabı ilə inamlı qələbə qazanan Dota 2 yığmamız bununla da, dünya arenasına çıxmaq üçün tam hazır olduğunu sübut edib.

Yığmamızın kapitanı Azər Ağazadənin başçılığı ilə rəqibi ard-arda 2 oyunda məğlub edən komandamız, görüşlərin daxili hesabında da üstünlüyünü göstərib, 41-17.

1news.az

Paylaş:
968

Son xəbərlər

Bütün xəbərlər