COVID-19 planlara necə zərbə vurdu: “Kəpəz” və “Turan-Tovuz” Premyer Liqaya qayıdacaq? | 1news.az | Xəbərlər
Futbol

COVID-19 planlara necə zərbə vurdu: “Kəpəz” və “Turan-Tovuz” Premyer Liqaya qayıdacaq?

21:00 - 18 / 05 / 2020
COVID-19 planlara necə zərbə vurdu: “Kəpəz” və “Turan-Tovuz” Premyer Liqaya qayıdacaq?

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti 2020/2021 mövsümü üçün böyük ümidlər var.  

Bunlar ölkənin futbol rəhbərliyinin ötən il açıqladığı klubların sayının 10-a qədər artırması ilə əlaqədardır.

Sonuncu dəfə 2015/2016 mövsümündə Azərbaycan çempionatında 10 klub oynayıb. Turnirin sonunda "Xəzər-Lənkəran" və "Rəvan" fəaliyyətini dayandırıb.

İkinci vacib məqam – gələn mövsüm Premyer Liqada oynamalı olan Gəncənin "Kəpəz" və "Turan-Tovuz" klublarıdır. Bu da öz növbəsində böyük futbolun bölgələrə tədricən qayıdışına işarədir.

Gəncə və Tovuz həmişə yerli futbolda özünəməxsus yer tutublar. Bu, bu bölgələrdəki futbol məktəbləri tərəfindən yetişdirilən futbolçulara və yerli meydalarndakı oyunlarda klublarına fəal dəstək verən futbol azarkeşlərinə də aiddir.

“Kəpəz” fan-klubu – ölkənin ən fəallarından biri

Qızıl dövrünü çoxdan keçmiş, ölkənin üçqat çempionu “Kəpəz” bir neçə mövsüm əvvəl Premyer Liqada oynamış və 2016-cı ilin yayında ölkəni Avropa Liqasında ikinci təsnifat mərhələsində təmsil edib. Yeri gəlmişkən, bu çıxış klub üçün Avroklublarda bütün dövrlərdə ən uğurlu oldu. Lakin 2018-ci ildə klub yenidən Premyer Liqanı tərk etdi.

2019-cu ilin yayında komandada struktur dəyişiklikləri baş verdi – Regional Futbol Federasiyasının rəhbəri və AFFA İcraiyyə Komitəsinin üzvü olan İskəndər Cavadov "Kəpəz" in kuratoru təyin edildi, İlqar Nadiri isə klubun icraçı direktoru oldu.

Tovuzda dolu stadion

“Turan-Tovuz”a gəlincə, komanda sonuncu dəfə 2012/2013 mövsümündə "güclü" oynayıb. Sonra Azərbaycan çempionatında sonuncu dəfə 12 komanda oldu. Təəssüf ki, bu mövsümün sonunda "Turan" və "Kəpəz" Premyer Liqanı tərk etdilər və Premyer Liqadakı komandaların sayı 10-a endirildi.

90-cı illərdə Azərbaycan futbolunun liderlərindən biri sıfıra düşəndən sonra, yüksək zirvələrə qayıtmaq üçün güc tapa bilmədi. 2013-cü ildən bəri komanda Birinci Divizionda dolaşır, hətta bir dəfə də qalib gəldi.

"Kəpəz"də olduğu kimi, 2019-cu ilin ikinci yarısında AFFA “Turan”ı da Premyer Liqaya qaytarmaq üçün aktiv işlərə başladı. Xüsusən, Tovuzda AFFA-nın vəsaiti hesabına, həmçinin UEFA və FİFA-nın dəstəyi ilə futbol akademiyası, təlim bazası və stadionun yenidən qurulması işləri aparılır.

Premyer Liqa klublarının sayının artırılması ilə bağlı qərarı AFFA İcraiyyə Komitəsi verə bilər. Ancaq aydındır ki, bu problemin həlli İcraiyyə Komitəsi üzvlərinin əlində deyil. Stadion, akademiya və komanda – Premyer Liqada iştirak etmək, lisenziya almaq üçün lazım olan üç vacib komponentdir. Ancaq ən vacib məqam, ən azı mövsümün sonuna qədər klubun çempionatda iştirakına zəmanət verən bank vasitəsi ilə maliyyələşdirmə və təminatdır.

“Kəpəz”in və ya “Turan”ın yaxın gələcəkdə varlı sponsoru olacağına ümid etmək sadəlövhlükdür. Bu o deməkdir ki, maliyyə yükü yenidən AFFA və SOCAR-ın çiyinlərinə düşməlidir. Lakin güclü böhranın neft sektorunu vurması heç də hər an əlverişli deyildi. Neft qiymətləri ən aşağı səviyyələrə düşdü. Əgər buna post-pandemik böhranı da əlavə etsək, onda şəkil heç də xoşagələn deyil. Son vaxtlar mediada SOCAR-ın sponsorluğu ilə keçirilən Premyer Liqa klublarının büdcə azaldılmasının gözlədiyi barədə şayiələr yayılmağa başladı.

AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri, assosiasiyanın baş katibinin müavini Sərxan Hacıyev 1news.az-a açıqlamasında koronavirus pandemiyası səbəbindən klubların lisenziyalaşdırma prosesinin dayandırıldığını və sənədlərin verilmə müddəti müvafiq olaraq təxirə salındığını bildirdi:

“Müraciət qaydasının beş əsas meyarı var. Və meyarlardan hər birinə təqdim üçün son bir müddət var. Klublarda problem yaranmasın deyə onlarla sıx çalışırıq. Əvvəlki illərdə lazımi məlumatları və sənədləri verməyən klublar var idi. Müvafiq olaraq onlar lisenziya ala bilmədilər. Klub minimum zəruri meyarlara cavab vermirsə, heç nə edə bilmərik”.

Öz növbəsində, AFFA İcraiyyə Komitəsinin üzvü, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıxov 1news.az-a növbəti mövsümdə Premyer Liqada 10 klubun oynayıb-oynamayacağı ilə bağlı sualı şərh edərkən qeyd edib ki, klubların sayının artırılmaması son seçim olaraq qəbul ediləcək:

"Düşünürəm ki, yeni mövsümdən etibarən Premyer Liqada klubların sayı 10-a çatdırılmalıdır. Bu, fikir çoxdandır, sadəcə onu həyata keçirmək qalır. Bölgə komandalarının Premyer Liqaya qayıtması vacibdir. Bəli, indi koronavirus pandemiyası və neftin qiymətinin düşməsi ilə əlaqədar dünyada vəziyyət əlverişli deyil. Düşünürəm ki, AFFA İcraiyyə Komitəsinin iclasında müxtəlif variantlara baxılacaq. Premyer Liqa klublarının sayının 10-a çatdırmaması son variant olaraq baxılacaq.

Lakin əvvəlcə, digər məsələlər həllini tapmalıdır. Fövqəladə vəziyyət və böhran hətta Avropanın bir çox top-klublarını xərcləri azaltmaqla bu vəziyyətdən çıxış yollarını axtarmağa məcbur etdi. Xərclərin azaldılması dedikdə, futbolçuların və məşqçi heyətinin maaşlarının azaldılması da nəzərdə tutulur. Bu böhran istəsək də, istəməsək də, Azərbaycandan yan keçə bilməz. Biz müxtəlif ssenarilərə hazır olmalıyıq”.

1news.az mövzu ilə bağlı “Kəpəz” və Turan”ın nümayəndələri ilə də söhbət edib.

1news.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyalarının prezidenti, Gəncənin “Kəpəz” klubunun kuratoru İskəndər Cavadov yaydan bəri komanda işi yeni mövsümdə Premyer Liqada oynanılacaq şəkildə qurulduğunu bildirib:

"Klubların lisenziyalaşdırma prosesi hələ başa çatmadığından bu məsələ açıq qalır. Klubların sayının artırılması məsələsi müzakirə ediləcək. Premyer Liqada 10 komandanın oynamasını istəyirik. Çempionluq güclənməlidir. 10 komanda son hədd deyil. Düşünürəm ki, ən azı 12 klub oynamalıdır. Lakin koronavirus səbəbindən indi futbolla əlaqəli bütün proseslər dayandırılıb. Bu mövsüm hazırlaşırdıq və Premyer Liqaya çıxmaq üçün oynadıq.

"Kəpəz" maliyyələşdirmə ilə bağlı problemini həll etməlidir. Hələlik bütün ümidlər AFFA-ya köklənib. Mən öz tərəfimdən sponsor tapmağa çalışıram. Bu, çox çətin prosesdir. AFFA hər şeyə görə təkbaşına çalışmamalıdır. Futbolu və Gəncəni sevən iş adamları kluba kömək etməlidir. Gəncədəki futbolu ayağa qaldırmaq lazımdır. Həmişə güclü oyunçular buradan çıxıblar. Mən özüm futbol oynayanda da, müstəqillik dövründə də belə olub.  Gəncə futbolunun zəngin ənənələri və təməli var. Hələ indiki gənc yaş qruplarında perspektivli uşaqlar yetişir. Sadəcə şərait yaratmaq lazımdır.

Əminəm ki, Gəncədə Avropa səviyyəsində çox güclü bir komanda yarada bilərik. Şəhər gözəldir, hər şəraiti var: hava limanı, vağzal. Ən əsası burada futbolu sevirlər və stadiona gedirlər. Bu gün Gəncə – ölkədə futbol azarkeşlərinin böyük bir ordusunun olduğu demək olar ki, yeganə şəhərdir. İddialı bir komanda varsa, hər oyunda stadion dolacaq. Mən iddialı "Kəpəz" yaratmaq istəyirəm, amma çox şey maliyyəyə söykənir.

Yenə də, SOCAR-dan başqa, ölkədə klublara sponsorluq edə biləcək digər zəngin şirkətlər var. Bu gün Azərbaycan futbolu SOCAR-ın hesabına dayanır. Və bu, səhvdir. Klublar müstəqil olmalıdırlar və rəhbərləri çempionluq uğrunda yarışmalıdırlar. Bunun sayəsində futbolda irəliləyiş əldə edə biləcəyik. Düşünürəm ki, zamanla hər şey normallaşacaq”.

Sponsorun olmaması problemi Tovuzda da aktualdır. “Turan-Tovuz” Müşahidə Şurasının rəhbəri Oqtay Abdullayev 1news.az-a verdiyi müsahibədə AFFA-dan maliyyələşməyə ümid etdiklərini qeyd etdi:

“Bütün lazımi sənədləri AFFA-nın Lisenziyalaşdırma şöbəsinə təqdim etdik. Yəni, bizdən asılı olan sənədləri nəzərdə tuturam. Maliyyələşdirmə məsələsini həll etmək qalır. Hesab edirəm ki, AFFA bu məsələni öz üzərinə götürəcək. Başqa maneə görmürəm. Futbol akademiyası tikirik, stadionda yenidənqurma işləri aparılır. Bu işlər hələ də davam edir və yayın sonuna qədər tamamlanmalıdır. Bizə yalnız sponsor lazımdır.

Razıyam ki, indi şərait elədir ki, böhran qaçılmazdır. Bütün bunlar bizə də təsir edə bilər. Premyer Liqada oynamaq şansı azalıb. Lakin ümid edirik.

Bu yaxınlarda KİV-də AFFA-nın Premyer Liqadakı klubların sayını 10-a çatdırmaq niyyətində olduğu barədə məlumatı oxudum. Ancaq bu barədə rəsmi olaraq AFFA-dan mənə heç kim məlumat vermədi. Koronavirus pandemiyası səbəbindən çempionat artıq dayandırıldı, hər kəs gözləmə mövqeyində idi. Hələlik 100% heç kim necə olacağını deyə bilməz”.

Mayın sonunda ehtimalı var ki, AFFA İcraiyyə Komitəsinin iclasında Premyer Liqa klublarının sayının artırılması məsələsinin müzakirə edilməsi gözlənilir. Ancaq indi təsdiq etmək olar ki, Gəncə və Tovuzdan olan klubların Premyer Liqadakı çıxışları SOCAR-ın maliyyə vəsaiti ayırmaq imkanından asılı olacaq.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bir neçə dəfə qeyd edib ki, klubun Premyer Liqada qalması üçün təxminən 2 milyon manata ehtiyac var. "Kəpəz" və "Turan" sponsor tapa bilməsə, müvafiq olaraq AFFA-dan klublara hər il 4 milyon manat ayırmaq məcburiyyətində qalacaq. Məbləğ yüksəkdir. Buna görə bu mövzuda hər hansı bir fərziyyə etmək çox çətindir. Xüsusilə qlobal böhran fonunda. Hər halda, yaxın 2-3 ayda bu məsələ həll olunmalıdır. Gözləmək çox uzun çəkməyəcək.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
3769

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər