Fransalı iş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib | 1news.az | Xəbərlər
Dünya

Fransalı iş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib

16:40 - 21 / 05 / 2020
Fransalı iş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib

Fransalı iş adamı Luvr muzeyinə "Mona Liza" əsərini 50 milyard avroya satmağı təklif edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, iş adam bu məbləğ sayəsində pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.

Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:

"Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil".

Qeyd edək ki, "Mona Liza" italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır.

1news.az

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər