Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
Mayın 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
1news.az Türkiyə Prezident Administrasiyasına istinadla xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli məsələlərlə yanaşı, dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə yolları, regional inkişaf, xüsusən Liviya və Suriyadakı vəziyyət müzakirə edilib. Hər iki xalqın koronavirusla mübarizədə həmrəy olduğu bildirilib.
İki lider bölgədə sülh və sabitliyin bərqərar olması üçün sıx siyasi və hərbi əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
S.Xankişiyeva
959