Ən çox milyarder hansı ölkənin payına düşür? – Top 10
Hurun Tədqiqatlar İnstitutu 2020-ci il üçün ən zəngin milyaderlərin yaşadığı ölkələrin siyahısını dərc edib. Beə ki, Hurun Global Rich List 2020-nin hesabatına görə dünyada cəmi 2816 milyarder var. Bu, keçən illə müqayisədə 346 nəfər artım deməkdir.
1news.az bizplus.az-a istinadən bildirir ki, illik hesabata əsasən, milyarderlərin sərvəti, 16% artıb və 11,2 trilyon olub.
Reytinqdə 10-cu yeri Fransa tutur. Burada 51 milyarder yaşayır. Milyarderləri bura cəlb edənsə ölkədəki rahat həyat şəraiti və güclü iqtisadiyyatıdır.
Onun ardınca Tayland gəlir. Burada 57 milyarder yaşayır. Tayland əsasən elektronika və kompüter texnikası dəstləri ixrac edir.
Braziliyada isə 69 milyarder yaşayır. Buranın sənayesi çox yüksək inkişaf edib.
İsveçrə də reytinqə yüksək həyat şəraitinə görə milyarderlər tərəfindən seçilən ölkə kimi düşüb. O, yeddici yerdədir və burada 88 milyarder var.
6-cı yeri Rusiya tutub. Ölkənin zəngin təbii sərvətləri var və onun payına düşən milyarder sayı 91-dir.
Böyük Britaniya beşliyə daxildir. Burada 119 milyarder yaşayır. Güclü inkişaf etmiş iqtisadiyyata malikdir.
Almaniya isə 112 milyarderlə 4-cü yerdə qərarlaşıb. Ölkənin sənayesi və iqtisadiyyatı yaxşı inkişaf edib.
Üçlüyə daxil olan Hindistanda 137 milyarder var. Son zamanlar bu ölkədə iqtisadiyyatın sürətli inkişafı özünü göstərir və bu da milyarderləri bura cəlb edib.
İkinci yerdə ABŞ qərar tutub - 626 milyarder. Bura ənənəvi olaraq milyarderlərin sevimli şəhərlərindən biri hesab olunur. Güclü iqtisadiyyatından əlavə, ABŞ bir çox göstəricilərinə görə dünya liderlərindəndir.
Reytinqə başçılığı Çin edir. Burada 799 milyarder yaşayır. O, dünyanın həm də öndəgedən iqtisadi güclərindəndir.
1news.az