Marketdən çörəyi dronla aldı | 1news.az | Xəbərlər
Dünya

Marketdən çörəyi dronla aldı

17:48 - 26 / 05 / 2020
Marketdən çörəyi dronla aldı

Türkiyədə 4 günlük tətbiq edilən komendant saatı ilə əlaqədar evdən çıxa bilməyən vətəndaş maraqlı üsula əl atıb.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, o, marketdən çörəyi dron vasitəsilə alıb.

Reklam şirkətinin sahibi olan Şen, eyvana çıxaraq idarə etdiyi dronu marketə doğru istiqamətləndirib. Market sahibi dronu görüb çaş-baş qalıb.

Məsələnin nə yerdə olduğunu başa düşən satıcı çörəyi paketə qoyaraq drona bağlayıb.

1news.az

Paylaş:
832

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər