Azərbaycan neftinin qiyməti bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti bahalaşdı

11:39 - 30 / 05 / 2020
Azərbaycan neftinin qiyməti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,3 ABŞ dolları, yaxud 3,6% artıb.

1news.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 37,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

1news.az

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər