Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

16:40 - 31 / 05 / 2020
Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Türkiyə arasında bir sıra sənədlərin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.

1news.az 

Paylaş:
668

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər