Nazir: neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir

14:39 - 02 / 06 / 2020
Nazir: neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub:

“31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.

1news.az

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər