Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrılıb

11:58 - 02 / 06 / 2020
Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün 6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.

S.Xankişiyeva

Paylaş:
598

Son xəbərlər

Sabahın havası açıqlandı

13 / 09 / 2025, 12:56
Bütün xəbərlər