Deputat: “Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Deputat: “Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir”

12:54 - 02 / 06 / 2020
Deputat: “Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir”

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Keçirilən videokonfransda  Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəklədiyini deyib.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Asiya İnkişaf Bankı Azərbaycanın əsas tərəfdaşlarından biridir.

“Nəzərə alsaq ki, 2015-ci ildən etibarən Azərbaycanla Asiya İnkişaf Bankı arasında münasibətlərin dərinləşməsi müşahidə olunur. Asiya İnkişaf Bankı Azərbaycanın təşəbbüsü ilə bir neçə regional layihələrin maliyyələşdirilməsinə iştirak edib. Ölkəmizdə infrastruktur layihələrinə dəstək verən maliyyə qurumlarındandır. Bu baxımdan təbii ki, Azərbaycan Asiya İnkişaf Bankına önəm verir, eyni zamanda Azərbaycan Asiya İnkişaf Bankının üçün əsas regional tərəfdaşlardan biridir. Nəzərə alsaq ki, məhz görüşdə də qeyd olunduğu üçün Azərbaycan həm pre-pandemiya, həm də pandemiya dövründə iqtisadi aktivliyi qoruyub saxlayan ölkələrdəndir”.

Deputat deyib ki, Azərbaycan pandemiya dövrünə yüksək iqtisadi göstəricilərlə daxil oldu.

“Hətta 2020-ci ilin 4 ayının yekunlarında qeyri-neft sektorunda 16 faiz, bütövlükdə ümumi daxili məhsulda isə 0,2 faiz artım qeydə alındı. Nəzərə alsaq ki, əksər inkişaf etmiş ölkələrdə neqativ artım, yəni azalma qeydə alınmışdı. Bu kontekstdə Azərbaycan pandemiya dövründə də iqtisadi artım tempini qoruyub saxladı. Xüsusən nəzərə alsaq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə reallaşan siyasət nəticəsində bir tərəfdən pandemiyanın təsirlərinin vətəndaşlarımızın sağlamlığına təsirləri minimumlaşdırıldı, digər tərəfdən isə pandemiya dövründə sahibkar və eyni zamanda işləməyən vətəndaşlarımız dövlət dəstəyindən istifadə edə bildilər. Bu baxımdan da Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyayla effektli mübarizə aparan ölkələrdən biri kimi qeydə olunur”.

“Asia İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən islahatların qiymətləndirilməsi kifayət qədər təqdirəlayiq haldır” – deyə, Vüqar Bayramov fikirlərinə əlavə edib:

“Asiya İnkişaf Bankı dünyanın aparıcı maliyyə qurumlarından biridir. Belə bir qurum tərəfindən Azərbaycanda, xüsusilə qeyri-neft sektorunda islahatların qiymətləndirilməsi, Azərbaycan təcrübəsinin, xüsusilə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin vurğulanması ölkəmizdə aparılan islahatlara beynəlxalq qiymət olaraq xarakterizə olunmalıdır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi növbəti dövrlərdə də islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək. Bu da imkan verəcək ki, Azərbaycan  növbəti aylarda, eyni zamanda post-pandemiya dövründə əsas iqtisadi artımını qeyri-neft sektorunda artım hesabına formalaşdıra bilsin. Bu, iqtisadiyyatın inklüzivliyi və artımı baxımından çox vacibdir.

Son müzakirə də göstərdi ki, Azərbaycanda dərinləşmiş islahatların davam etdirilməsi ilə bağlı siyasi iradə bir daha nümayiş olundu. Bu növbəti dönəmlərdə iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı ilə bağlı dərinləşmiş islaharların davam etdirilməsindən xəbər verir”.

Qafar Ağayev

Paylaş:
803

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər