“Made in Uzbekistan Online” biznes forumu keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Made in Uzbekistan Online” biznes forumu keçirilib – FOTO

17:15 - 08 / 06 / 2020
“Made in Uzbekistan Online” biznes forumu keçirilib – FOTO

Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında “onlayn” formatlı biznes forumun açılışı baş tutub.

Açılışda iştirak ediblər:

- Özbəkistan Respublikasının Xarici İşlər nazirinin müavini Şerzon Asadov;

- Özbəkistan Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanov;

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev;

- Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov;

- “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov;

- Özbəkistan Respublikası İXTN-nin İxracın Təşviqi Agentliyinin direktoru Uluqbəy Muradov;

- Sahibkarlığın İnkişafı Agentliyinin direktor müavini Botir Əhmədov;

- “Uzbekozikovkatholdinq” HŞ-nin qida məhsullarının marketinqi və ixrac təchizatlarının təşkili idarəsinin rəhbəri Bahodir Yunisov;

Açılışın iştirakçıları öz nitqlərində 9-12 iyun tarixlərində keçiriləcək «Made in Uzbekistan Online» biznes forumunun həm Azərbaycan, həm də Özbəkistan üçün pandemiya şəraitində biznesin dəstəyi üçün faydalı alət olduğunu qeyd ediblər.

“Bu tədbirin əlamətdar cəhəti yeni tip “COVID-19” koronovirusunun yayılması nəticəsində beynəlxalq ictimaiyyətin və dünya iqtisadiyyatının üzləşdiyi problemlərə layiqli cavabı təmin etməsidir. Həmçinin sevindirici haldır ki, bu forum Özbəkistan və Azərbaycan tərəfindən qarşılıqlı dialoqun davamlılığını təmin etmək üçün bütün mövcud imkanlardan istifadə edildiyini əyani və inamlı şəkildə nümayiş etdirir.”- deyə Özbəkistan xarici işlər nazirinin müavini cənab Botirjon Əsədov qeyd etmişdir.

“Sərgi və sənaye yarmarkalarında iştirak etməmək sahibkar, istehsalçı və məhsul ixracatçılarının planlarına çox böyük ziyan vurur. Belə ki, məhz sərgilərdə təqdim olunan malları birbaşa görmək mümkündür və bu da onların sürətlə satılmasına və ya potensial alıcılar ilə uzunmüddətli əlaqələrin qurulmasına kömək edir. Bu “onlayn” biznes forum isə fasiləsiz dialoqun təmin olunmasına kömək edir. Çünki, sahibkarların ünsiyyəti bu gün bununla bitməyəcək - “onlayn” görüşlərdən sonra iş adamları artıq “offlayn” rejimdə öz münasibətlərini daha da inkişaf etdirə biləcəklər” - deyə Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Əşrəfxanov bildirmişdir.

“Made in Uzbekistan Online” biznes forumu hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayacaq, çünki, istər Azərbaycan, istərsə də Özbəkistan şirkətləri qarşılıqlı əməkdaşlığa maraq göstərirlər. Biz dövlət strukturlarının rolunu yeni əlaqələrin səmərəli və vaxtlı-vaxtında koordinasiya olunmasında görürük” – deyə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədr müavini Rüfət Atakişiyev qeyd etmişdir.

Sabah (9 iyun tarixində) forum öz işini davam etdirəcək. Biznes forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 57 istehsalçısı, eləcə də Azərbaycanın 60-dan çox sahibkarı iştirak edəcəklər. İşgüzar B2B görüşlər çərçivəsində özbək şirkətləri öz məhsullarını təqdim edəcək, Azərbaycan şirkətləri isə öz biznesləri üçün yeni imkanlar tapa biləcəklər.

Biznes forumun proqramına iqtisadiyyatın aşağıdakı sahələri üzrə görüşlər daxildir:

- qida sənayesi və kənd təsərrüfatı - 9 iyun;

- maşınqayırma və dağ-mədən sənayesi - 10 iyun;

- yüngül sənaye - 11 iyun;

- elektrotexnika - 12 iyun.

“Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır. 

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b.ceo.az/welcome.htm

Açılışın videosu ilə linkdən keçərək tanış olmaq mümkündür: https://m.youtube.com/watch?feature=emb_logo&v=RY4DDi-7skk

Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən təşkil olunub.

1news.az

 

Paylaş:
762

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər