Deputat: “Prezident tərəfindən koronavirusla mübarizənin ideoloji əsası yaradıldı” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Prezident tərəfindən koronavirusla mübarizənin ideoloji əsası yaradıldı”

17:33 - 10 / 06 / 2020
Deputat: “Prezident tərəfindən koronavirusla mübarizənin ideoloji əsası yaradıldı”

Ötən gün modul tipli xəstəxanaların açılışında çıxış edən Prezident İlham Əliyev bir çox Azərbaycanın koronavirusla mübarizə istiqamətində atdığı addımlardan danışıb.

Dövlət başçısı çıxışında ölkəmizdə koronavirus pandemiyası ilə uğulu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri və liderlik fəaliyyəti, vətəndaş məsuliyyəti, cəmiyyətimizdə həmrəylik və birlik və digər məsələləri əhatə edən geniş mövzulara toxunub.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, lap başlanğıcda Azərbaycanda məsələyə çox çevik reaksiya nümayiş  etdirdi.

“Azərbaycanda heç kimin koronavirusa yoluxma halı qeydə alınmadan ölkə Prezidenti tərəfindən operativ qərargah yaradıldı, bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Ümumünya Səhiyyə Təşkilatı ilə sıx təmas şəraitində koronavirusla mübarizə strategiyası müəyyənləşdirildi. Azərbaycanın koronavirusla mübarizə strategiyasının bir sıra səciyyəvi cəhətləri var.  1-ci xüsusi olaraq vurğuılamaq lazımdır ki, cənab Prezident tərəfindən bu mübarizənin kifayət qədər təsirli olan ideoloji əsası yaradıldı . Bu ideoloji əsas “Bir birlikdə güclüyük” oldu. Yəni ölkə  ölkə Prezidenti vətəndaşları dövlətin dövlətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətə dəstək olmağa çağırdı. Azərbaycan vətəndaşları da ölkə Prezidentinin çağırışlarına çox böyük həssaslıqla yanaşdılar. Eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyava da insanlara təsirli müraciətlər etdi. Vətəndaşların səhhətinin, sağlamlığının, həyatlarının qorunması istiqamətində Dövlət tərəfindən həyata keçirilən tədbirlərin daha təsirli olması üçün vətəndaşların özlərinin də həssaslıq nümayiş etdirməsini xahiş etdi”.

“Bu gün göz önündə olan mənzərə ondan ibarətdir ki, ölkəmizdə vətəndaş-dövlət həmrəyliyi özünün ən yüksək mərhələsinə çatıb” – deyə, deputat fikirlərinə əlavə edib:

“Onsuz da Azərbaycan xalqının mədəniyyəti, həmrəylik hissləri hər zaman güclü olub. Milli maraqların qorunması, milli hədəflərə çatılması iqtiqamətində hər zaman Azərbaycan cəmiyyətində birlik, həmrəylik müşahidə olunub. Ölkə Prezidenti də öz davranışları, çağırışları ilə həyata keçirdiyi siyasətlə, fəaliyətlə hər şeydən öncə Azərbaycan cəmiyyətində monalitliyi, həmyəyliyi təmin edib, möhkəmləndirib. Koronavirusla mübarizə dövründə də biz bunu növbəti dəfə müşahidə etdik. Məsələnin digər vacib tərəfi ondan ibarətdir ki, ölkə Prezidenti koronavirusla mübarizə istiqamətində qabaqlayıcı addımlarla yanaşı, mövcud vəziyyətdən çıxış edərək situativ tədbirlərin həyata keçirilməsi istiqamətdində də təşəbbüslərlə çıxış etdi, fəallıq nümayiş etdirdi. Hesab edirəm ki, Azərbaycanın koronavirusla mübarizə strategiyası bu iki əsas istiqaməti Azərbaycan modelinin əsas mahiyyətini özündə ifadə edir. Məsələnin digər tərəfləri də təqdirəlayiqdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın koronavirusla mübarizə strategiyasını yüksək qiymətləndirir.  Belə ki, dövlətimiz təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq müstəvidə də koronavirusıla mübarizədə fəallıq nümayiş etdirir.

E.Mirbəşiroğlu  bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki dəfə beynəlxalq zirvə toplantısı keçirildi. “Birinci dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq şurasının zirvə toplantısı, ikinci dəfə isə Qoşulmama Hərəkatının zirvə toplantısı videokonfrans formatında təşkil olundu. Azərbaycanın bu təşəbbüsünün unikallığı ondan ibarət idi ki, beynəlxalq miqyasda ilk dəfə olaraq koronavirusla mübarizə məsələlərinin təkrar olunduğu, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirildiyi belə beynəlxalq platformalar təşlil edir.  Bu da ona dəlalət edir ki, Azərbaycan  koronavirusla mübarizə istiqamətində beynəlxalq həmrəyliyin təmin olunmasında da çox ciddi addımlar atmış oldu. Xüsusi olaraq fəxr hissi ilə vurğulamaq lazımdır ki, cənab Prezident BMT Baş Assambleyasının çağırılması təşəbbüsünü də irəli sürdü. Yəni koronavirusla mübarizəyə həsr olunacaq Baş Assambleyanın zirvə toplantısı baş tutarsa hesab edirəm ki, bu Azərbaycanın dünya tarixində beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində vermiş olduğu təkrarsız töhfə kimi dəyərləndiriləcək. Qoşulmama Hərəkatının üzvləri ölkə Prezidentinin bu təşəbbüsünü çox böyük hərarətlə qarşıladılar, yüksək qiymətləndirdilər.

Deputatın sözlərinə görə, Azərbaycan tərəfi BMT Baş Katibliyinə də müraciət edib,hazırda onlardan cavab gözlənilir.

“Bütün bu təşəbbüslər göstərir ki, Azərbaycan dövləti həm öz vətəndaşlarının, həm də dünya vətəndaşlarının səhhətinin qorunması istiqamətində səylərini davamlı olaraq səfərbər etməkdədir. Bunun Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan tərəfindən ayrılmış maliyyə yardımı da sübut edir, dünyanın 29 ən ehtiyaclı ölkəsinə humanitar yardımın təqdim edilməsi də sübut edir. Ümumiyyətlə bu gün Azərbaycandakı vəziyyət aydın göstərir ki, dövtlərin bu istiqamədə həyata keçirdiyi strategiya uğurludur. Tez bir zamanda koronavirusun Azərbaycanda təhdit kimi qalmasına son veriləcək. Dünya ölkəri Azərbaycanın koronavirusla mübarizəsini yüksək qiymətləndirir və bu təcrübədən istifadə edir”.

Qafar Ağayev

 

Paylaş:
1191

Son xəbərlər

Bütün xəbərlər