AZAL: Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşı gətirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşı gətirilib – FOTO

10:31 - 11 / 06 / 2020
AZAL: Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşı gətirilib – FOTO

AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdirilmişdirlər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

S.Xankişiyeva

 

Paylaş:
1210

Son xəbərlər

Bütün xəbərlər