Türkiyədə məscidlər tam fəaliyyətə başladı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə məscidlər tam fəaliyyətə başladı

11:29 - 24 / 06 / 2020
Türkiyədə məscidlər tam fəaliyyətə başladı

Türkiyədə koronavirus pandemiyasına görə bağlanılan məscidlər tam fəaliyyətə başlayıb.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, bunu ölkənin Din İşləri İdarəsinin rəhbəri Əli Ərbaş deyib.

O bildirib ki, məsciddə namaz qılanlar azı 1,5 metr məsafədə dayanmalı, maska taxmalı və məscidə daxil olarkən dezinfeksiya vasitələrindən istifadə etməlidir.

Bu günədək məscidlərdə cümə və ikindi namazları qılınırdı. İyunun 24-dən etibarən məscidlər sübh, günorta və axşam namazları üçün də açılıb.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə məscidlərin fəaliyyəti martın 16-dan məhdudlaşdırılmışdı.

Qafar Ağayev

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər