Dünyada ən populyar smartfonlar məlum olub
2020-ci ilin birinci rübünün nəticəsinə görə, "Apple" bahalı smartfonlar seqmentində liderdir. Bu haqda "CounterPoint" tədqiqat agentliyi məlumat verib.
1news.az ictnews.az-a istinadən bildirir ki, yuxarıda göstərilən dövrdə dünyada ən populyar 5 bahalı smartfondan 4-ü "Apple" şirkəti tərəfindən istehsal edilib. 30% paya malik "iPhone 11" aparatı liderdir. Növbəti yerlərdə "iPhone 11 Pro Max", "11 Pro" və "XR" qurğuları qərarlaşıblar. 3% bazar payına sahib olan "Huawei Mate 30 Pro 5G" aparatı ilk beşlikdə yer alıb.
Bu seqmentdə "Apple" brendinə məxsus satılmış smartfonların ümumi payı 57% təşkil edib. "Samsung", "Huawei" və "Oppo" aparatlarında bu göstərici müvafiq olaraq 19, 12 və 3% təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ilin birinci rübündə satılmış smartfonların ümumi sayının 22%-i bahalı qurğuların payına düşüb. Bu sinfə məxsus qurğular istehsalçılara təxminən 57% gəlir qazandırıb.
1news.az