Noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər | 1news.az | Xəbərlər
İdman

Noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər

13:50 - 09 / 07 / 2020
Noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər.

1news.az-ın verdiyi xəbərə görə, noyabrın 13-19-da paracüdo üzrə Qran-Pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə Qran-Pri yarışlarının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. 2021-ci ilin mayında keçiriləcək Qran-Pri “Tokio-2020” Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.

Cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

S.Xankişiyeva

 

 

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər