Elmira Süleymanova: Sizin müstəqil Azərbaycanın yeni zirvələr fəth etməyə yönəlmiş fəaliyyətinizdə ömrüm boyu bir müsəlləh əsgər kimi xidmət edəcəyəm

“Bu gərgin günlərdə ordumuz və xalqımız hər zaman olduğu kimi, yüksək həmrəylik və birlik nümayiş etdirir.
Çoxşaxəli fəaliyyətinizlə siyasi sabitliyin, eyni zamanda, koronavirusla mübarizədə müsbət dinamikaya doğru nəticələrin, iqtisadi, sosial, kadr siyasətində, ölkəmizdə insanların layiqli həyat səviyyəsinin, şərəf və ləyaqətlərinin, insan hüquq və azadlıqlarının təmin olunmasında uğurlu nəticələrə imza atmısınız”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının ilk Ombudsmanı Elmira Süleymanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib:
“Xarici siyasətiniz və uğurlu fəaliyyətinizlə dünyada Liderliyinizi, dövlətimizin nüfuzunu daha da yüksəklərə qaldırırsınız.
Bu il 16 iyul tarixli Sərəncamınızla Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətimə görə məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu və Sizin uğurla davam etdirdiyiniz hüquqi, demokratik, müstəqil Azərbaycanın yeni zirvələr fəth etməyə yönəlmiş fəaliyyətinizdə ömrüm boyu Sizə bir müsəlləh əsgər kimi xidmət edəcəyəm.
Sizə və ailənizə sağlam, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, xalqımıza sülh və əmin-amanlıq arzulayıram”.
Mövzu ilə əlaqədar oxuyun:
Prezident Elmira Süleymanova ilə bağlı sərəncam imzaladı
S.Xankişiyeva