“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub | 1news.az | Xəbərlər
Siyasət

“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub

16:44 - 17 / 07 / 2020
“Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Spartak Nadirovdan, Masallı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün regiona təhlükə olan erməni vandalizminin qarşısını alan ordumuzun qəhrəmanlığını alqışlayıram. Şiddətli döyüşlərdə əsgərlərimizi dəstəkləyir, şərəfli Azərbaycan əsgərinin formasını geyinərək cəbhə bölgəsinə getmək, torpaqlarımızı erməni faşistlərindən azad etmək üçün əmrinizi gözləyirəm.

Sizinlə qürur duyuram. Qarabağda bayrağımızı dalğalandıranlardan biri olmaq arzusu ilə döyüş əmrinizə hazıram”.

Günel Məmmədovadan, Daşkəsən, Azərbaycan

“Hörmətli cənab Prezident və əziz Mehriban xanım.

Bu narahat günlərdə Sizin ordumuza, xalqımıza verdiyiniz dəstək əvəzedilməzdir. Əminəm ki, bu günlər arxada qalacaq, gələcəkdə bizi yalnız qələbə sevinci ilə dolu günlər gözləyəcək.

Hamımız bilirik ki, Siz gecə-gündüz çalışır, bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlirsiniz.

Xalq da hər zaman Sizin arxanızdadır. Biz birlikdə güclüyük”.

Aynurə Səlimovadan, Ağdam, Azərbaycan

“Hörmətli Cənab Prezident.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan ordumuz bu gün Sizin sayənizdə Cənubi Qafqazın ən güclü ordusudur. Həmişə olduğu kimi, yenə də işğalçı qonşumuz Tovuz rayonunda dinc əhalinin üzərinə mərmi yağdırdı. 2016-cı ilin aprel ayında olduğu kimi, güclü ordumuz yenə düşmənə layiqli cavab verir.

Cənab Prezident, belə bir güclü ordumuz olduğu üçün Sizə minnətdarıq. İnşallah, Sizin rəhbərliyinizlə biz köçkünlər öz ata-baba yurdumuz olan Qarabağı azad edəcəyik. O torpağa axan şəhid qanları yerdə qalmayacaq. Xalqın daim Sizin ətrafınızda bir yumruq kimi birləşməsi Sizə olan inamdandır. Güclü Ali Baş Komandan və güclü ordunun olması bütün gənclərin döyüş ruhunu yüksəldir. Biz Sizinlə qürur duyuruq”.

Səlcuq Müzəffərlidən, Bakı, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik hissi müşahidə olundu. Biz Ordumuzun gücünə inanırıq və ona da inanırıq ki, Sizin rəhbərliyinizlə bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunacaq. Bu gün Sizin əmrinizi gözləyən minlərlə gənclər var ki, bunlardan Yeni Azərbaycan Partiyasının gəncləri də hər an cəbhə bölgəsində əlində silah, dilində "Yaşasın Azərbaycan" şüarı ilə vuruşmağa canı-könüldən hazırdır. Biz Sizin gücünüzə inanırıq və bu çətin zamanda Sizin yanınızda yumruq kimi birləşmək hər bir Azərbaycan gəncinin ümdə borcudur”.

Rüfət Əhmədovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son günlərdə cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənə daim layiqli cavab vermişdir, onların həmlələrini uğurla dəf etməklə nəyə qadir olduğunu bütün dünyaya sübut etmişdir. Bu gün Azərbaycanın bütün uğurları Sizin adınızla bağlıdır.

Cənab Prezident, bizlər Sizinlə birgə güclüyük. Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Sizin hücum çağırışınıza qoşulmağı özünə fəxr bilir”.

Həyat Abdullayevadan, Zəngilan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan güclü orduya malikdir. Ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir ki, Azərbaycan bu gün düşmənə layiqli cavab verə bilir. Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.

Cənab Ali Baş Komandan, Zəngilan gəncləri olaraq bizlər daim dövlətimizə xidmət edirik. Sizə olan etimadımız və güvənimiz sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq”.

Elvin Hüseynovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu müraciəti Sizə ünvanlamağı özümə borc bildim. Son günlərdə mənfur düşmənlərimizin ölkəmizə qarşı təcavüzünü Azərbaycan gəncləri qəti şəkildə qınayır və Sizin əmrinizi gözləyirik ki, düşmənə şanlı aprel döyüşlərində olduğu kimi, layiqli cavab verək. Bu gün biz gənclər tərəfindən döyüş həm ön cəbhədə, həm də arxa cəbhədə sosial şəbəkələrlə davam edir və düşmənə hər iki tərəfdə layiqli cavab verilir.

Cənab Prezident, ön cəbhədə əlimizdə silah qanımızın son damlasına kimi Vətəni müdafiəyə hazırıq”.

Murad Arzuoğludan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Silahlı qüvvələrimizin düşmənə vurduğu ağır zərbələr şanlı ordumuzun gücündən xəbər verir. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik”.

Ramal Əhmədovdan, Bərdə, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda erməni faşistləri öz çirkin xislətinə sadiq qalaraq, Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Qüdrətli Azərbaycan Ordusunun cavabı nəticəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuş və həlak olan hərbçilərimizin qisası alınmışdır.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizi əmin edirəm ki, bizlər daim dövlətimizə və dövlətçiliyimizə xidmət edirik. Sizin yanınızda yumruq kimi birləşmişik. Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazırıq. Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq”.

Səidə Zeynalovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərib. Ölkəmiz tarix boyu dəfələrlə sınaqlardan keçmiş və üçrəngli bayrağımız şərəflə daim zirvələrdə dalğalanmışdır. Yaxın tarixdə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatmış Aprel döyüşləri bunun ən bariz nümunəsidir. 12 iyulda Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər Azərbaycan Ordusunun, onun canlı qüvvəsinin və hərbi texnikasının gücünü göstərdi. Düşmənin ağır artilleriya atəşindən sonra ordumuzun şücaəti sayəsində yetərincə adekvat bir şəkildə cavab verilib. Həmçinin, Azərbaycan gənclərin birlik yürüşü bir daha göstərir ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissləri yüksəkdir.

Cənab Ali Baş Komandan, Sizin qətiyyətli və uzaqgörən siyasətiniz, ordu quruculuğu istiqamətində atdığınız qətiyyətli addımlar və Azərbaycan xalqının igid oğulları sayəsində Azərbaycan dövləti rəşadətli orduya malikdir. Bunu hər birimiz fəxr və qürur hissi ilə qarşılayırıq. Bu çətin və şərəfli fəaliyyətinizdə Sizə yeni uğurlar, Azərbaycan Ordusuna daim qələbələr, Azərbaycan əsgərinə güc-qüvvət arzu edirəm”.

Yeganə Məmmədovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın Lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Sizə inamıdır.

Azərbaycan gəncləri Sizin ətrafınızda sıx birləşib. Sizin ordumuzun inkişafına daim qayğı göstərməyiniz, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməyiniz sayəsində güclü ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var”.

Ümudə Rəhimovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Biz gənclər Sizi hər zaman dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının gənc üzvü olaraq Sizin verdiyiniz tapşırıqları hər zaman uğurla yerinə yetirəcəyimə tam əmin ola bilərsiniz. Biz Sizin iradənizə güvənirik”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
587

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər