“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub | 1news.az | Xəbərlər
Siyasət

“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub

10:28 - 20 / 07 / 2020
“Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq” – Ali Baş Komandana məktub

Məlum olduğu kimi, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Azərbaycan vətəndaşları məsələ ilə bağlı Prezident İlham Əliyevə çoxsaylı məktublar ünvanlayıblar.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Kamran Kazımovdan, Lənkəran, Azərbaycan

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş gərginlik və daxildə bir neçə müxalif ünsürlərin lazımsız hərəkətləri Lideri olduğunuz Azərbaycan xalqının mübarizliyini sarsıda bilməz.

60 yaşımın olmasına baxmayaraq, bir elm və təhsil işçisi kimi bəyan edirəm ki, apardığınız siyasətə sadiq olaraq, bir müsəlləh əsgər kimi silaha sarılıb erməni təcavüzkarlarını işğal olunmuş torpaqlarımızdan təmizləməyə hazıram. Apardığınız dövlət siyasətini də həmişə dəstəkləyirəm”.

Şirin Şirəliyevdən, Sumqayıt, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur.

Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Aldığımız son nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişinizlə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm”.

Gülşən Camalovadan, Füzuli, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu məktubu Sizə pandemiya dövründə xalqımıza göstərdiyiniz qayğı və aldığınız qərarlar üçün Füzuli rayon 3 nömrəli Zobucuq qəsəbə körpələr-evi uşaq bağçasının kollektivi adından dərin minnətdarlığımı bildirmək üçün yazıram. Karantin dövründə xarici dövlətlərlə müqayisədə ölkə ərazisində yoluxma sayının az olması Sizin pandemiyaya qarşı apardığınız islahatların nəticəsidir. Ölkələrlə sərhədlərin bağlanılması, dövlət müəssisələrində iş rejiminin dayandırılması, dərslərin onlayn sistemə keçidi bu tədbirlərin sadəcə bir neçəsidir. Bu islahatlar çətin günlərdə Sizin xalqımıza göstərdiyiniz qayğının bariz nümunəsidir.

Cənab Prezident, biz Sizinləyik. Sizə uzun ömür, cansağlığı arzu edirəm”.

İlknur Əliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanımızı çətin vəziyyətdən necə xilas etdiyi hamı kimi bizə də məlumdur. Siz də Ulu Öndərimizin layiqli davamçısı kimi bizi bu bəlalardan xilas edirsiniz.

Cənab Prezident, mən və ailəmiz Sizin əsgərinizik. Azərbaycanımız və Sizin üçün canımızdan keçməyə hazırıq. Ulu Tanrım Sizi və ailənizi qorusun. Yolunuz daim işıqlı və açıq olsun”.

Vüqar Quliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin döyüş əmrinizi gözləyir və iradənizə inanıram”.

Pəri Allahverdi-zadədən, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən bir əsgər bacısı olaraq Sizinlə və Vətənimlə fəxr edirəm. Azərbaycan Ordusuna və onun igid əsgərlərinə güvənirəm. Ermənilər bilsinlər ki, nə olursa olsun, qələbə daim bizimlədir”.

Aytac Süleymanovadan, Abşeron, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz gənclər bilirik ki, Böyük Qələbəyə gedən yolları xalqımız Sizinlə birlikdə açacaq və bu haqq savaşı Qarabağın hər qarışına ay-ulduzlu bayrağımızın sancılması ilə bitəcək.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatın qarşısı Sizin qətiyyətinizin, ordumuzun əzmi sayəsində həm alındı, həm də düşməni qorxuya saldıq. Vətənimizin mərd oğulları onların öhdəsindən gəlməyi bacardı. Qürurumuz yerə-göyə sığmır.

Siz və həmin döyüşlərin iştirakçıları xalqımızın qəhrəmanısınız”.

Nicat Abbaszadə və Rafil Abbasovdan, Ağdam, Azərbaycan

“Hörmətli cənab Prezident.

Erməni faşistləri yenidən Azərbaycanın suverenliyinin pozulması istiqamətində hərbi təxribat törətmişlər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək geri çəkilməyə məcbur olmuşdur.

Ümumiyyətlə, Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Təhlükəsizlik Şurasının iclasında bu barədə verdiyiniz geniş məlumat Sizə olan güvənimizi daha da artırdı.

Cənab Ali Baş Komandan, həyata keçirdiyiniz düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və ən modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur.

Möhtərəm Prezident, sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, vəziyyətləri ilə maraqlanırsınız. Bunlar isə ordumuzda, cəmiyyətimizdə və YAP gəncləri arasında böyük ruh yüksəkliyi yaradır. Bütün bunlara görə gənclər adından Sizə minnətdarlığımızı bildiririk”.

Azər Hünbətovdan, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz uzaqgörən və düşünülmüş siyasət nəticəsində Azərbaycanı beynəlxalq arenada nüfuzu artmış və artmaqda davam edir. Sizin qayğınız və apardığınız islahatlar nəticəsində ordumuz gündən-günə güclənmiş, inkişaf etmişdir. Ordumuzun döyüşlərdə düşmən tərəf üzərində uğurları bunu göstərir. Azərbaycan Respublikasının vətəndaşları olaraq bizim Sizə etimadımız, inamımız çox yüksəkdir. Əminik ki, Sizin müdrik, güclü siyasətiniz və aldığınız qərarlar nəticəsində biz bu çətin günlərdən də qələbə ilə çıxacağıq. Biz Sizin qərarlarınızı həmişə dəstəkləyirik və Sizə güvənirik. Biz Sizin ətrafınızda sıx birləşərək əmrlərinizi gözləyirik. Azərbaycan xalqı Sizinlədir”.

Orxan Abbaszadədən, Lerik, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son günlər cəbhə bölgəsində baş verən hadisələr şanlı Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərdi, uşaqdan böyüyədək hamıda böyük ruh yüksəkliyi yaratdı və qələbə əzmimizi bir az da yüksəltdi. Biz gənclər və bütün Azərbaycan xalqı həmişə inanmışıq, indi də inanırıq ki, mənfur ermənilər tərəfindən işğal olunmuş tarixi Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə və Ordumuzun gücü sayəsində yaxın gələcəkdə azad olunacaq. Lerik gəncləri olaraq hər zaman dövlətimizin yanındayıq və əlimizə silah alıb Vətənin müdafiəsinə qalxmağa hər zaman hazırıq. Yaşasın şanlı Azərbaycan Ordusu”.

Qabil Musazadədən, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin Vətən sevginiz dövlətə, dövlətçiliyə sədaqətdir, yerə-göyə sığmayan, sığışmayan qətiyyətdir. Bu qətiyyət bizi Qarabağa aparacaq. Biz buna əminik.

Vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə erməni faşizmi ilə mübarizədə Sizin yanınızdayıq. Mən bu mübarizədə şəhidlik zirvəsinə ucalmağa, Vətəni qoruyan əsgər olmağa hazıram. Bu yolda bütün əmrlərinizi gözləyirəm”.

Nurcan Şükürlüdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bildiyimiz kimi, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan təmas xəttində baş verən erməni təxribatına ordumuz adekvat cavablar vermişdir.

Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanır və güvənirik. Bizim güclü ordumuz var, biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq”.

Gülnar Əlizadədən, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son günlər döyüş bölgələrindəki gərgin vəziyyət bir azərbaycanlı kimi məni də çox narahat edir. Sizin güclü siyasətiniz və hər zaman xalqın yanında olmağınız xalq və dövlət arasındakı qırılmaz bağlılığı bir daha sübut etdi. Ulu öndərimiz Heydər Əliyevin bizə bəxş etdiyi müstəqil Azərbaycanın etibarlı əllərdə olmasını, Sizin sayənizdə daha da qüdrətli bir dövlətə çevrilməsini hər gün hiss edirik. Bütün bu nailiyyətlər və inkişaf bəzi nankor “beşinci kolon” ünsürlərini narahat edir. Bu səbəbdən də hər bir vasitə ilə dövlətdə qarşıdurma yaratmağa çalışırlar.

Bir vətəndaş, bir müəllim kimi Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləyirəm. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Ordumuzun qüdrəti sübut etdi ki, Vətənimizin bir qarış torpağı da mənfur erməni yağılarına verilməyəcək. Mən inanıram və tam əminəm ki, Sizin siyasi gücünüz və nüfuzunuz sayəsində çox yaxın zamanda işğal altında qalan Qarabağımız düşmən tapdağından azad olunacaq. Torpaq uğrunda ölən varsa, Vətəndir.

Vətənimizin hər qarış torpağı üçün canımızdan keçməyə hazırıq”.

Ahmet Şeneldən, Gaziantep, Türkiyə

“Hörmətli cənab Prezident.

Sizi Türkiyədən salamlayır və hər zaman dəyərli Azərbaycanımızın yanında olduğumu bildirirəm.

Ermənistanın Azərbaycana qarşı heç bir hüquqi normalara sığmayan, şərəfsiz təxribatına qarşı mübarizənizi dəstəkləyir, canla-başla bu mübarizəyə qoşulmaq istədiyimi bildirirəm. Azərbaycanlı qardaşlarımın şəhadət zirvəsinə çatmasını yüksəliş adlandırıram”.

Nəzakət Qasımova və Rəna Quşkaridən, Quba, Azərbaycan

“Hörmətli cənab Ali Baş Komandan.

İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu. Lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Azərbaycan xalqı dövlət, xalq və Vətən naminə yenidən ayağa qalxdı.

Cənab Prezidentimiz, xalqımız Sizə daim inanır, güvənir. Bizim ərazi bütövlüyümüzü hər zaman qoruya bilən güclü ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin qarantısınız.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin”.

Etibar Məmmədzadədən, Lerik, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Son günlər erməni xisləti və erməni xəyanəti özünü daha qabarıq şəkildə göstərməyə başlamışdır.

Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri və bu hərəkətlər nəticəsində ordumuzun şəhid verməsi hər birimizdə təəssüf hissi yaratmışdır. Lakin, Sizin qətiyyətiniz sayəsində düşmən təxribatının qarşısının alınması və onun həmişəki kimi ağır itkilər verərək məğlubiyyətə məruz qalması ölkəmizin etibarlı müdafiəsinin təmin olunmasının göstəricisi olmaqla yanaşı, həm də tezliklə işğal altında olan torpaqlarımızın geri qaytarılacağına parlaq nümunədir.

Cənab Prezident, Sizin Nazirlər Kabinetinin iclasında çıxışınızdan sonra əli silah tutan ölkə vətəndaşlarının könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək düşmənə qarşı döyüşlərdə iştirak etmək arzusunda olduqlarını bildirməsi qürurvericidir və hər birimizi fərəhləndirir. Bu gün əli silah tuta bilən bütün ölkə vətəndaşları Sizin əmrinizi gözləyir. Verilən ilk döyüş əmrində bütün ölkə gəncləri cəbhəyə getməyə və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün müqəddəs döyüş əməliyyatlarında iştirak etməyə hazırdır. Allah Sizi və ölkəmizi qorusun. Amin”.

Aysel Heydərlidən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Vəzifələrini ləyaqətlə, şərəflə yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, bu təxribatına görə düşmənə Sizin komandanlığınızla layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”.

Rəna Məmmədovadan, Cəbrayıl, Azərbaycan

“Hörmətli cənab Prezident.

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdləri güclü ordumuz tərəfindən layiqincə cavablandırıldı, çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edildi.

Möhtərəm cənab Ali Baş Komandan, bu gün hər birimiz inanırıq ki, işğal altında olan torpaqlarımızda Sizin rəhbərliyinizlə tezliklə üçrəngli bayrağımız dalğalanacaq”.

Turlan Quliyevdən, Füzuli, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Bu gün Azərbaycan Ordusu müasir tələblərə cavab verir və Silahlı Qüvvələrimiz Sizin rəhbərliyinizlə hərtərəfli qayğı və diqqətlə əhatə olunub. Baş verən hadisələrlə bağlı Sizin əmrinizlə cəbhəyə getməyə hər an hazıram”.

Könül Əliyevadan, Abşeron, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son günlər cəbhə bölgəsində baş verən təxribatlar dünyaya bir daha sübut etdi ki, ölkəmiz güclüdür və güclü orduya malikdir. Milli Ordumuzla qürur duyuruq. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Bu günlərdə xalqımızın bütün diqqəti cəbhə bölgəsindədir. Bu gün düşmənin qarşısında güclü ordumuz qəhrəmancasına dayanıb. Biz inanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə daim Sizin yanınızdayıq. Xalqımız Sizə inanır və güvənir. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Sizinlə fəxr edirəm”.

Aydın Qasımovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu.

Cənab Prezident, Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanırıq. Bizim güclü ordumuz var. Biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq”.

Elvin Namazovdan, Qazax, Azərbaycan

“Cənab Ali Baş Komandan.

Dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu sülh ordusudur. Lazım gələndə düşmənə öz gücünü göstərir. Son günlərdə mənfur ermənilərin hücumlarının qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya bəyan etdi. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz və Sizin kimi müdrik Liderimiz var. Yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
459

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər