Kiyevdə soydaşlarımız BMT-dən cavab tələb ediblər - FOTO | 1news.az | Xəbərlər
Dünya

Kiyevdə soydaşlarımız BMT-dən cavab tələb ediblər - FOTO

12:03 - 22 / 07 / 2020
Kiyevdə soydaşlarımız BMT-dən cavab tələb ediblər - FOTO

İyulun 21-də Azərbaycan diasporunun üzvləri BMT-nin Ukraynadakı nümayəndəliyinin qarşısında etiraz mitinqi keçiriblər.

Diasporlarla İş Üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) və Kiyev Azərbaycanlıları Konqresinin (KAK) birgə təşkilatçılığı ilə baş tutan aksiya Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatlarına və Azərbaycan torpaqlarının indiyədək işğal altında saxlanılmasına etiraz, dövlətimizə, xalqımıza və ordumuza dəstək məqsədilə gerçəkləşdirilib.

Etiraz aksiyasında 400 nəfərdən çox şəxs iştirak edib. Onların arasında Azərbaycan diasporunun rəhbərləri və fəalları, siyasi və ictimai xadimlər, Ukrayna Ali Radasının deputatı və yerli KİV-lərin təmsilçiləri olublar.

Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan aksiyada UABD sədri Hikmət Cavadov, "Xalqın xidmətçisi" partiyasından Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko, KAK sədri Oleq Krapivin və başqaları çıxış ediblər.

Natiqlər Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pisləyərək, Ukrayna və Azərbaycanın qarşılıqlı surətdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini, son hərbi təxribatlar zamanı Ukrayna dövlətinin qətiyyətli mövqe sərgiləməsinin iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin nümunəsi olduğunu, dünya azərbaycanlılarının Ermənistana qarşı mübarizədə birlik və həmrəylik göstərdiklərini, qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu vurğulayıblar. Soydaşlarımız BMT kimi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə 25 ildən çox müddət ərzində məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasına çağırıblar.

"Biz bü uzun müddət ərzində təcavüzkar dövlətə qarşı heç bir sanksiyanın qəbul olunmadığını görürük. Biz həmçinin şahidiyik ki, BMT-nin təzyiqi ilə üzləşməyən Ermənistan hərbi təxribatlarını davam etdirir. Cəzasız qalan hər çinayətin yenisini doğurduğu barədə ədalətli deyimin düzgünlüyü göz qabağındadır", – deyə H.Cavadov bildirib.

Azərbaycan, Türkiyə və Ukraynanın dövlət bayraqlarının dalğalandığı, "Qarabağ Azərbaycandır!", "BMT-nin qətnamələri yalnız kağız parçasıdırmı?", "1993–2020-ci illər, 4 qətnamə qəbul olunub. Onların heç biri əməldə gerçəkləşdirilməyib", "BMT erməni işğalçılarına əngəl olmur!" və s. ifadələrin əks olunduğu plakatların qaldırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "BMT: 4:0", "Azərbaycan, biz səninləyik!" şüarları səsləndirilib.

İnsidentsiz başa çatan aksiyanın sonunda qəbul edilən bəyanatın mətni və üzərində qətnamələrin nömrələri yazılmış dörd futbol topu BMT-nin nümayəndəliyinə təqdim olunub.

Qafar Ağayev

 

Paylaş:
684

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər