Dünyanın ən yaxşı 5 futbol məşqçisi - SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Dünyanın ən yaxşı 5 futbol məşqçisi - SİYAHI

18:34 - 25 / 07 / 2020
Dünyanın ən yaxşı 5 futbol məşqçisi - SİYAHI

Dünyanın ən yaxşı 5 məşqçisinin siyahısı açıqlanıb.

1news.az apasport.az-a istinadla bildirir ki, "Sportskeeda"nın reytinqinə almaniyalı Yurgen Klopp başçılıq edir.

İngiltərə "Liverpul"unun çalışdırıcısı bütün həmkarlarını arxada qoyub. Komandası ilə ötən mövsüm Çempionlar Liqasını, bu il Premyer Liqanı qazanan mütəxəssisin ən yaxın izləyicisi Pep Qvardioladır. İngiltərə "Mançester Siti"sinin çalışdırıcısı karyerası ərzində 29 titula yiyələnib.

İlk "üçlüy"ü İspaniya "Real"ını çalışdıran fransalı Zinəddin Zidan qapayır. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 4-cü, "İnter"in çalışdırıcısı Antonio Konte 5-ci yerdə qərarlaşıb.

1news.az

Paylaş:
1173

Son xəbərlər

Bütün xəbərlər