ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb

10:43 - 30 / 07 / 2020
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 215 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 215 127 nəfər yeni koronavirusa yoluxub, 5 274 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 558 289, ölənlərin isə 656 093 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 840 524 yoluxma və 342 635 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 261 042, ölənlərin sayı isə 210 897 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 92 056 yoluxma və 42 233 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
623

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər