Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq

17:20 - 04 / 08 / 2020
Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq

Koronavirusa qarşı Rusiya peyvəndi yaxın 10 gün ərzində qeydiyyata alına bilər, bundan sonra o, dünyada COVID-19 əleyhinə istehsalına başlanacaq ilk peyvənd olacaq.

1news.az oxu.az-a istinadən xəbər verir ki, ilin sonunda peyvəndin istehsal həcmi ayda 10 milyon doza olmalıdır.

Hindistan və Braziliya da daxil olmaqla, iyirmidən çox dövlət rusiyalı tərəfdaşlarına sözügedən peyvəndi öz ərazilərində istehsal etmək istədiklərini bildiriblər.

Qeyd olunur ki, Rusiyanın hazırladığı peyvəndin orqanizm üçün təhlükəsizliyi təsdiqlənib və heç bir yan təsiri müşahidə edilməyib.

1news.az

Paylaş:
862

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər