ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq | 1news.az | Xəbərlər
Dünya

ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq

13:40 - 05 / 08 / 2020
ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq

ABŞ tezliklə Əfqanıstandakı hərbi kontingentini azaldacaq.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp müsahibəsində bildirib.

O bildirib ki, Vaşinqton Əfqanıstandakı qoşunların sayını əvvəlcə 8 minədək, daha sonra isə 4 minədək azaltmağı planlaşdırır.

D.Tramp bu prosesin dəqiq vaxtını açıqlamasa da, tezliklə baş tutacağını deyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Dövlət katibi Mayk Pompeo qoşunların 2021-ci ilin mayınadək Əfqanıstandan tam çıxarılmasının planlaşdırıldığını demişdi.

1news.az

Paylaş:
749

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər