Beyrutda dəhşətli partlayış: ölənlərin sayı 100-ü keçdi, 4000-dən artıq yaralı var - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Dünya

Beyrutda dəhşətli partlayış: ölənlərin sayı 100-ü keçdi, 4000-dən artıq yaralı var - VİDEO - FOTO

12:56 - 05 / 08 / 2020
Beyrutda dəhşətli partlayış: ölənlərin sayı 100-ü keçdi, 4000-dən artıq yaralı var - VİDEO - FOTO

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

1news.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, güclü partlayış nəticəsində ölənlərin sayı 100-ü, xəsarət alanların sayı isə 4 mini keçib.

Partlayışa görə, ölkədə matəm elan olunub.

Partlayışın ilkin səbəbləri açıqlanıb. Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

 

1news.az

Paylaş:
1101

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər