Prezident Quba–Qonaqkənd avtomobil yolunun tikintisinə pul ayırdı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Quba–Qonaqkənd avtomobil yolunun tikintisinə pul ayırdı - SƏRƏNCAM

11:43 - 01 / 09 / 2020
Prezident Quba–Qonaqkənd avtomobil yolunun tikintisinə pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Sərəncamda qeyd edilir ki, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər