ABŞ-ın “Foreign Policy News” nəşri: Azərbaycan Prezidenti xəbərdarlıq edir ki, heç kəs qanundan üstün ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın “Foreign Policy News” nəşri: Azərbaycan Prezidenti xəbərdarlıq edir ki, heç kəs qanundan üstün ola bilməz

13:17 - 02 / 09 / 2020
ABŞ-ın “Foreign Policy News” nəşri: Azərbaycan Prezidenti xəbərdarlıq edir ki, heç kəs qanundan üstün ola bilməz

ABŞ-ın “Foreign Policy News” nəşri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında Prezident İlham Əliyevin videoformatda çıxışı haqqında AZƏRTAC-a istinadən məqalə dərc edib.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev həmin çıxışında koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarına ciddi yanaşmayanlara xəbərdarlıq edib. Həmçinin məqalədə Prezident İlham Əliyevin çıxışından qanunun aliliyi ilə bağlı aşağıdakı sitatlar gətirilir:

“Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

“Görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq”.

“Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31
Bütün xəbərlər